Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“ICANN”: “Şifrləmə açarları dəyişdirildikdən sonra bəzi internet provayderləri yenilənməni davam etdirir”


İnternetdə domen adları və zonaların verilməsini həyata keçirən "Internet Corporation for Assigned Names and Numbers" (ICANN) qeyri-kommersiya təşkilatı "DNS" özək zonası üçün kriptoqrafiya açarının yeniləməsi ilə bağlı yeni açıqlama yayıb.

"ICTnews" Elektron Xəbər Xidməti "Computerworld" resursuna istinadən yazır ki, məlumata görə, açarın dəyişdirilməsi proqnozlara uyğun ciddi nasazlıqlar yaranmadan həyata keçirilib. "ICANN" nümayəndələri prosesin uğurla başa çatmasını izah edə bilmirlər. Onların sözlərinə görə, bu, dəyişdirilmə ilə bağlı məlumatın kifayət qədər olmaması ilə əlaqədardır. Lakin bir sıra serverlərin hələ də açarları uyğunlaşdırıb qoşula bilməməsi və avtomatik təkrar sorğu göndərməsi ilə bağlı müəyyən şübhələr var.

Bildirilir ki, oktyabrın 11-də "ICANN" tərəfindən tarixdə ilk dəfə domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları dəyişdirilib.

2010-cu ildə yaradılan kriptoqrafiya açarları təhlükəsizlik və internet ünvanlandırma sisteminin bütövlüyünə cavabdehlik daşıyır. Açarların hər 5 ildən bir dəyişdirilməli olmasına baxmayaraq 2015-ci ildə bir çox ölkələrin provayderlərinin hazırlıqsızlığı səbəbindən bu proses bir neçə dəfə təxirə salınıb.

Qeyd edək ki, sentyabrda "ICANN" təşkilatının rəhbərliyi Belçikada keçirilən müzakirələrdə "DNS" özək zonası üçün kriptoqrafiya açarının dəyişdirilməsi ilə bağlı planı təsdiq edib. 

Nizam Nuriyev






08/12/18    Çap et