Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Planet əhalisinin 50%-dən çoxu internetə çıxış imkanına malikdir


Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) məlumatına görə, 2018-ci ilin sonunda 3,9 milyard nəfər (planet əhalisinin 51,2%-i) internetə çıxış imkanına malik olacaq.
 
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) informasiya texnologiyaları üzrə mütəxəssisləri müvafiq araşdırma aparıblar. Onların məlumatına görə, 13 il ərzində Afrika ölkələrində internetə çıxışa malik əhalinin payı 2005-ci ildə 2,1-dən 2018-ci ildə 24,4%-dək yüksəlib.
 
Bundan başqa, internetə çıxış imkanına malik olan dünyanın inkişaf etmiş ölkələrində yaşayan sakinlərin sayı 51,3-dən 80,9%-dək, inkişaf etməkdə olan ölkələrdə isə 7,7-dən 45,3%-dək yüksəlib. MDB ölkələrində internetin nüfuzetmə səviyyəsi orta hesabla 71,3%, Avropa dövlətlərində isə 79,6% təşkil edir.
 
Emil Hüseynov






10/12/18    Çap et