“iPhone” sahibləri “Apple” şirkətindən göndərilən spamdan şikayət ediblər
“iPhone” sahibləri “Apple” şirkətini zəhlətökən reklam elanlarının göndərilməsində ittiham edib.
“ICTnews” Elektron Xəbər Xidməti “
iz.ru” saytına istinadən yazır ki, “AppleInsider” portalının məlumatına görə, istifadəçilərə “Apple” şirkətinin yeni texnikasını (məsələn, “iPhone XS” və ya “XR”) satın almaq təklif edilir. Qeyd edək ki, “App Store” proqramından “push” bildirişlər hətta bu proqramı öz smartfonuna quraşdırmayan istifadəçilərə də göndərilir.
Beləliklə, “Apple” öz qaydasını (“App Store” proqramlara istifadəçilərin icazəsi olmadan bildiriş göndərilməsini qadağan edir) pozur.
Emil Hüseynov