Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Milyonlarla abunəçi nasazlığa görə mobil rabitəsiz qalıb


İsveçin telekommunikasiya avadanlığı istehsalçısı “Ericsson” şirkəti öz proqram təminatının nasazlığına görə üzr istəyib. Nasazlıq səbəbindən Böyük Britaniya, Yaponiya və başqa ölkələrdə milyonlarla abunəçi müəyyən vaxt ərzində mobil rabitə və mobil internetdən istifadə edə bilməyib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, LTE şəbəkələrinin işində yaşanmış problemlər Britaniyanın “O2” operatoru və Yaponiyanın “Softbank” telekommunikasiya korporasiyasında müşahidə edilib. Hər iki şirkət “Ericsson”un müştərisidir.
 
"Problem yaratmış nasaz proqram təminatı artıq istismardan çıxarılıb. Biz sifarişçilərimiz və onların müştərilərindən üzr istəyirik. Biz baş vermiş nasazlığın mənfi təsirini azaltmaq üçün və müştərilərin xidmətlərini mümkün qədər tez bərpa etmək üçün səy göstəririk" – “Ericsson”un baş direktoru Borye Ekholm deyib.
 
Emil Hüseynov






10/12/18    Çap et