“Apple” şirkətinin 10 ən populyar smartfon və planşeti açıqlanıb
“AnTuTu” şirkəti bu ilin noyabrı üçün 10 ən populyar “Apple” qurğusunun reytinqini dərc edib.
“ICTnews” Elektron Xəbər Xidməti “
Ferra” resursuna istinadən yazır ki, siyahıda birinci yeri 99 faiz reytinqli 12,9 düym diaqonallı “iPad Pro” planşeti tutub. İkinci pillədə 98 faiz göstərici ilə 9,7 düymlük “iPad Pro” planşeti, üçüncüdə isə “iPhone SE” (98 faiz) smartfonu qərarlaşıb.
Məlumata görə, 4-10-cu yerlər altıncı nəsil “iPod Touch” musiqi pleyeri, “iPad Mini 2”, “iPad Air 2” və 10,5 düymlük “iPad Pro” planşet modelləri, eləcə də “iPhone 5s”, “iPhone 6s Plus” və “iPhone 6s” smartfonları arasında bölüşülüb. Onların hamısı 97 faiz nəticə toplayıb.
Maraqlıdır ki, 2018-ci ilin qabaqcıl “iPhone XS” və “XS Max” smartfonlarının 89 faiz, kiçik “iPhone XR” modelinin isə 84 faiz nəticə göstərməsi nəticəsində onlar liderlər onluğuna daxil ola bilməyib.
Nizam Nuriyev