Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avstraliya Milli Kosmik Agentliyi yaradır


Avstraliya hökuməti mənzil-qərargahı Adelaida şəhərində (Cənubi Avstraliya ştatı) yerləşəcək Milli Kosmik Agentliyinin yaradılacağını elan edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, Avstraliyanın sənaye, elm və texnologiyalar naziri Karen Endryusun sözlərinə görə, milli kosmik agentliyinin yaradılması ölkənin kosmos və müdafiə sektorunu tamamilə yeni səviyyəyə qaldıracaq. Agentliyin yaradılması, həmçinin kənd təsərrüfatı üçün faydalı olacaq. Məsələn, peyklərdən əldə edilmiş görüntülər fermerlərə kənd təsərrüfatı bitkilərinin əkilməsi haqqında qərarların qəbul edilməsində kömək edəcək.
 
Proqnozlara görə, gələcəkdə bu layihə 12 milyardadək məbləğdə özəl investisiya cəlb edə bilər. Bundan başqa, minlərlə yeni iş yeri açılacaq.
 
Emil Hüseynov






13/12/18    Çap et