2019-cu il üzrə kibertəhdidlərlə bağlı proqnoz açıqlanıb
İnformasiya təhlükəsizliyinin təmini üçün həllər istehsalçısı “Trend Micro” 2019-cu ildə kibertəhlükələrlə bağlı öz proqnozunu təqdim edib.
Şirkətin nümayəndələri hesab edirlər ki, elektron poçt vasitəsilə fişinq hücumu həm istehlakçılar, həm də biznes üçün ən geniş yayılmış təhdid olacaq. 2015-ci ildən “Trend Micro” şirkəti tərəfindən bloklanmış fişinq xarakterli URL ünvanların sayı 3800% artıb. Eyni zamanda həmin dövrdə eksployt dəstlərinin aşkar edilməsi 98% azalıb.
“ICTnews” Elektron Xəbər Xidməti “
dailycomm.ru” saytına istinadən yazır ki, gələn il informasiya məkanında daha çox naməlum kibertəhdidlər ortaya çıxacaq, bu da kibertəhlükəsizlik məsələsinə çoxsəviyyəli yanaşma zərurətini gücləndirəcək.
Mütəxəssislər dövlət sektorunda aşağıdakıları gözləyirlər: saxta xəbərlərlə mübarizə müxtəlif seçkiqabağı kampaniyaların təzyiqi altında həyata keçiriləcək; tənzimləyici nəzarətin gücləndirilməsi; şəxsi həyat və “Əşyalar interneti”nin məxfiliyi diqqət mərkəzində olacaq.
İstehlak sahəsində sosial mühəndisliyin köməyi ilə həyata keçirilən hücumları eksploytlar əvəz edəcək. Çat-botlar təhlükə altında olacaq. Məşhurların hesabları “Watering Hole” tipli hücumlara məruz qalacaq. Bundan başqa, ələ keçirilmiş hesab məlumatlarının kütləvi istifadəsi davam edəcək.
Bulud infrastrukturunda bulud sisteminə miqrasiya zamanı təhlükəsizlik parametrlərinin yanlış tənzimlənməsi böyük həcmdə məlumat itkisinə səbəb olacaq. Bulud xidmətləri kriptovalyutanın mayninqi üçün istifadə ediləcək.
Emil Hüseynov