Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaponiyada maye kristal panellərin istehsalı üzrə ən böyük müəssisə fəaliyyət göstərəcək


“İnnovation Network Corporation of Japan” (İNCJ) şəxsi-dövlət fondu Yaponiyada kiçik və orta ölçülü maye kristal panellərin istehsalı üzrə ən böyük müəssisələrdən birini formalaşdırmaq niyyətindədir.

Bildirilib ki, “İNCJ” müvafiq məhsul istehsalında ixtisaslaşan “Toshiba”, “Hitachi” və “Sony” şirkətlərinin zavodlarını alacaq. Bu istehsalları vahid biznesdə birləşdirmək 2012-ci ilin aprel ayına planlaşdırılır.

Bundan başqa, “İNCJ” 20 milyard yenaya (255,5 milyon dollar) “Panasonic” şirkətinin televizorlar üçün maye kristal panel istehsal olunan zavodunu almaq haqqında razılaşıb. “Panasonic” şirkəti ilə razılaşma istehsal gücünü yüksəltməyə və investisiya xərclərini azaltmağa imkan yaradacaq.




02/11/11    Çap et