Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2019-cu ildə ilk “Huawei” televizoru buraxılacaq


Televizorlar bazarına daxil olmaq qərarına gələn Çinin “Huawei” şirkəti artıq “LCD” panel və “ağıllı” televizorlar üçün “Huawei AI Window” əmtəə nişanına patent hüququ almağa görə müraciət edib. Bu barədə sənədlə tanış olan “AndroidHeadlines” resursu məlumat verib.

“ICTnews” Elektron Xəbər Xidməti “Ferra” resursuna istinadən yazır ki, bu məlumat “Honor” brendi çərçivəsində “ağıllı” televizorların hazırlanması ilə bağlı yayılan şayiələrlə müəyyən dərəcədə ziddiyyət təşkil edir. Bununla belə, “Honor” və “Huawei AI Window” brendli iki istehsal xəttinə aid televizorların buraxılışı istisna edilmir.  

“Huawei AI Window” əmtəə nişanı həm də ondan xəbər verir ki, televizor müəyyən funksiyalar üçün süni intellekt sistemindən istifadə edəcək. Bundan başqa, Çin istehsalçısının əməliyyat sistemi kimi “Android” və ya öz platformasından istifadə edəcəyi hələ ki məlum deyil.

Qeyd edək ki, Çinin daha bir smartfon istehsalçısı – “OnePlus” 2019-cu ildə televizor buraxmağa hazırlaşır.

Nizam Nuriyev






14/12/18    Çap et