2018-ci ilin ən zəif parollarının reytinqi tərtib edilib
Məlumatların mühafizəsi sahəsində ixtisaslaşmış “SplashData” şirkəti 2018-ci ilin 100 ən zəif paroldan ibarət reytinqini tərtib edib. Reytinqdə ilk 2 pillədə 5-ci il ardıcıl olaraq "123456" və "password" parolları yer alıb.
“ICTnews” Elektron Xəbər Xidməti “
hitech.vesti.ru” saytına istinadən yazır ki, 2018-ci il üzrə ən zəif parolların reytinqində ilk dəfə olaraq “Donald” şifri qeydə alınıb.
Ən zəif parolların onluğu aşağıdakı kimidir:
1. 123456
2. password
3. 123456789
4. 12345678
5. 12345
6. 111111
7. 1234567
8. sunshine
9. qwerty
10. iloveyou
Ekspertlər diqqətli olmağı və eyni parolu həm poçt, həm internet bank və başqa onlayn xidmətlərdə istifadə etməməyi tövsiyə edirlər. Təhlükəsiz parol ən azı 8 simvoldan ibarət olmalı, özündə rəqəm və hərfləri, həmçinin xüsusi simvolları (məsələn, altdan xətt, dollar və ya faiz) birləşdirməlidir. “1Password”, “LastPass” və ya “Dashlane” kimi parol menecerləri təhlükəsiz parol yaratmağa imkan verir.
Emil Hüseynov