Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Genişzolaqlı istifadəçilərinin sayı sürətlə artır
Hazırda respublika üzrə hər 100 nəfərə təxminən 30 genişzolaqlı internet istifadəçisi düşür ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 2.5 dəfə çoxdur.
Bu sıçrayışlı artım ölkənin telefon şəbəkəsinin tam elektornlaşdırılması və genizolaqlı xidmətlərə çıxış imkanlığının yaradılması, məktəblərin təxminən 90%-nin kompüterləşməsi və onların 40%-nin internətə çıxışının olması və ən əsası həyata keçirilən effektiv qiymət siyasəti nəticəsində genişzolaqlı xidmətlərin cəmiyyətdə tətbiq səviyyəsinin artımı sayəsində mümkün olmuşdur.
Qeyd edək ki, cari ilin oktyabr ayının 1-dən etibarən aztelekom.net və bakinter.net üzrə genişzolaqlı internet tarifləri təqribən 30% aşağı endirilmişdir.
03/11/11 Çap et