Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“LG” şirkətinin rulon kimi bükülən televizoru 2019-cu ildə təqdim ediləcək


“LG” şirkəti dünyada ilk elastik televizorun satışına hazırlaşır. Rulon kimi bükülə bilən 65 düymlük OLED panelə malik qurğunun təqdimatı gələn il üçün nəzərdə tutulub. Bu haqda öz mənbələrinə istinadən “Bloomberg” nəşri məlumat verib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, Cənubi Koreya şirkəti bükülən televizor prototipini cari ilin yanvarında “CES 2018” sərgisində nümayiş etdirib.
 
“LG” şirkətinin rulon kimi bükülən televizorunun istehlak modeli 2019-cu ilin yanvarında keçiriləcək “CES” sərgisində nümayiş etdirilə bilər. “Engadget” saytı və bloqer Evan Blasın (@evleaks) məlumatına görə, sözügedən tədbirdə, həmçinin “LG” şirkətinin ilk bükülən smartfonu təqdim ediləcək.
 
Emil Hüseynov






19/12/18    Çap et