Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Cəbhə bölgəsində yeni telestansiya tikilir


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi cəbhə bölgələrində rabitə və informasiya, o cümlədən televiziya yayımının yüksək keyfiyyətlə təmin olunması istiqamətində növbəti yeniliyə hazırlaşır.
”Teleradio”İB-nin texniki direktoru Mikayıl Abbasov bildirib ki, birlik tərəfindən aran Qarabağ bölgəsi sayılan Ağdam, Bərdə və Tərtər bölgəsində “İdman Azərbaycan” və “Mədəniyyət” kanalının yayımını təmin etmək məqsədilə yeni telestansiya tikilir. ”Yeni telestansiyanın istifadəyə verilməsi ilə sözügedən kanallar hər üç rayonla yanaşı, Azərbaycanın əzəli və əbədi torpaqları olan Dağlıq Qarabağın şimal bölgələrində də yayımlanacaq” - deyə texniki direktor bildirib.
Qeyd edək ki, yeni telestansiya Azərbaycan rabitəsinin işğaldan azad olunacaq torpaqlarımızda bərpası planının tərkib hissəsidir.




20/06/11    Çap et