Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 3 qurumu beynəlxalq mükafata layiq görüldü


“Caspian Business Award 2018” beynəlxalq mükafatının təqdimetmə mərasimi keçirilib.

Tədbirdə dövlət qurumlarının rəhbərləri, Milli Məclisin üzvləri, Azərbaycanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiyaların, “Caspian European Club”un üzv şirkətlərinin nümayəndələri iştirak ediblər.
“Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib ki, ilin yekunu üzrə mükafatlar Xəzər-Qara dəniz və Baltik regionu dövlətlərinin ərazisinə istehsalat və sosial sahələrdə fəal iştirak edən şirkət və top-menecerlərə təqdim olunur. Nominantlar dünyanın 50-dən çox ölkəsində yüksək və orta səviyyəli şirkətlərin menecerləri arasında keçirilmiş sorğu əsasında müəyyən edilib.

Bir sıra qurumlarla yanaşı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 3 qurumu müvafiq nominasiyalar üzrə “Caspian Business Award 2018” mükafatına layiq görülüb.

 “AzInTelecom” “İlin ən proqressiv IT şirkəti”, “Aztelekom” “Keyfiyyətli telekommunikasiya xidmətləri göstərən ilin şirkəti”, “Baktelecom” “Telekommunikasiya xidmətləri sahəsində ilin brendi” seçilib.

Qeyd edək ki, “Caspian Business Award 2018” tədbirinin sponsorlarından biri “AzInTelecom” MMC olub.

Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club” 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və “Caspian Energy International Media Group”un fəal iştirakı ilə yaradılıb.
 










21/12/18    Çap et