Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Robotlar üçün yeni süni intellekt çipi təqdim olunub


Qrafik sürətləndiricilər və prosessorlar üzrə dünyanın aparıcı istehsalçılarından biri olan ABŞ şirkəti “NVIDIA” robotların idarə edilməsi üçün nəzərdə tutulmuş “Jetson AGX Xavier” adlı süni intellekt modulunu təqdim edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “techcult.ru” saytına istinadən yazır ki, modul son dərəcə yığcam və qənaətcildir: ovucun içərisinə yerləşir və 10 vatt enerji sərf edir. Sözügedən çip ən azı 6 prosessorla (ənənəvi 8 nüvəli “ARM” çipi, “Volta” əsasında “GPU” çipi, 2 ədəd “NVDLA” dərin təlim çipi və xüsusi videokomponentlər ) təchiz edilib ki, bu da həmin çipə bir çox süni intellekt funksiyalarını yerinə yetirməyə imkan verir. Saniyədə 30 trilyon əməliyyat həyata keçirə bilir. Çipin qiyməti 1099 dollardır.
 
Artıq Çinin “JD.com” ticarət nəhəngi, Yaponiyanın “Yamaha” şirkəti və DNT-nin sekvenləşdirilməsi sahəsində işləyən “Nanopore” şirkəti (ABŞ) “Nvidia” şirkətinin unikal nüsxəsi ilə maraqlanıblar.
 
Emil Hüseynov






24/12/18    Çap et