Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Jestlərlə idarə olunan smartfon (VIDEO)


“Pantech” şirkəti bu yaxınlarda dördüncü nəsil mobil şəbəkəni dəstəkləyən məhsuldar “Vega LTE” smartfonunun satışlarına başlayacaq.

Qurğunun əsas xüsusiyyəti ekran qarşısındakı jestlərin tanınması imkanıdır: hətta sensor ekrana toxunmadan belə smartfona müəyyən əmrlər vermək olar. Sistem ön kamera və “eyeSight Mobile Technologies” xüsusi proqram təminatından istifadəyə əsaslanıb.

Bu texnologiya aparata çirkli barmaqlarla toxunmaq istəmədikdə lazım ola bilər. Sistem zəngləri jestlə qəbul etməyə, musiqi parçalarını dəyişməyə imkan yaradır.

Yeniliyin texniki xüsusiyyətləri yüksəkdir: 4,5 düymlü sensor ekran (kəskinlik 1280×720 nöqtə), 1,5 QHz takt tezlikli 2 nüvəli prosessor, 1 Qb əməli yaddaş, 16 QB tutumlu fləş daşıyıcı, 2 kamera, “Wi-Fi” (802.11 b/g/n) və “Bluetooth 3.0” simsiz əlaqə adapterləri, “T-DMB” standartının televiziya tüneri və “NFC” mikroçipi. Platforma isə “Android 2.3”.






03/11/11    Çap et