Yaponiyada sifətin tanınması texnologiyasının köməyilə alış-verişin məbləğini ödəməyə imkan verən mağaza fəaliyyətə başlayıb
Yaponiyanın "Seven-Eleven" adlı ən böyük mini-marketlər şəbəkəsi tərəfindən açılmış mağazada alıcılar, sadəcə, özünəxidmət kassasında qurulmuş kameraya baxmaqla alış-verişin məbləğini ödəyə bilərlər.
"ICTnews" Elektron Xəbər Xidməti "
itc.ua" saytına istinadən yazır ki, sifətin tanınması texnologiyasına əsaslanan yeni sistem Yaponiyanın "NEC" korporasiyası tərəfindən hazırlanıb və yalnız "NEC" korporasiyasının törəmə şirkətlərinin əməkdaşları üçün əlçatan olacaq.
Sifətin tanınması texnologiyası vasitəsilə alış-verişin məbləğini ödəmək üçün ilk öncə sistemdə qeydiyyatdan keçmək və şəkil çəkdirmək lazımdır. İnformasiya və şəkil avtonom işləyən kassaya təqdim ediləcək.
Bir dəfə qeydiyyatdan keçdikdən sonra işçilər ID kartdan istifadə edərək mağazaya daxil ola, lazımi məhsulları seçə, onları özünəxidmət kassasında skan edə və sadəcə, kameraya baxmaqla sifətin tanınması sisteminin köməyilə ödəniş edə bilərlər. Alış-verişin məbləği əməkhaqqıdan çıxılacaq.
Emil Hüseynov