Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

48 meqapiksellik kameraya malik qabaqcıl “Honor” smartfonu təqdim edilib


“Huawei” şirkəti “Honor V20”  smartfonunu təqdim edib.
 
Əsas arxa kamera yayda təqdim edilmiş 48 meqapiksellik “Sony IMX586”  CMOS-sensorudur. “48MP AI HDR” funksiyası süni intellekt sistemindən istifadə nəticəsində 48 meqapiksellik şəkillər çəkməyə imkan verəcək.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki,  smartfon “Full HD+” (1080x2310 piksel) təsvir ölçülü 6,4 düymlük ekran, 25 meqapiksellik ön kamera, 48 meqapiksellik əsas ikiqat kamera, arxa paneldə barmaq izləri skaneri ilə təchiz edilib. 4000 milliamper/saat tutumlu akkumulyator 22,5 vatt gücündə sürətli enerjidoldurma texnologiyasını dəstəkləyir.
 
Smartfon “Kirin 980” qabaqcıl prosessoru, 6/8 QB-lıq əməli yaddaş, 128/256 QB-lıq daxili fləş yaddaşla təchiz edilib.
 
2 ədəd SİM kart, “4G VoLTE”, “Wi-Fi (802.11 ac)”, “Bluetooth 5 LE”, “GPS”, “NFC” texnologiyaları, “USB Type-C” portu mövcuddur.
 
Smartfon “EMUI 9.0” interfeysli “Android 9.0 Pie” əməliyyat sisteminin idarəetməsi altında işləyir. Aparatın ölçüləri 157,32x75,13x 8,3 mm, çəkisi isə 206 qr-dır.
 
Emil Hüseynov






26/12/18    Çap et