Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung Galaxy M” seriyalı yeni smartfonların istehsalına başlanılıb


"Samsung" şirkəti "Galaxy M" seriyalı yeni smartfonların istehsalına başlayıb.  

"ICTnews" Elektron Xəbər Xidməti "Tehnoit" resursuna istinadən yazır ki, istehsalı Hindistanda təşkil ediləcək "Galaxy M" seriyasına indiyədək "Galaxy J", "Galaxy On" və "Galaxy C" markası ilə buraxılan başlanğıc və orta səviyyəli qurğular daxil olacaq.

Məlumata görə, hazırda söhbət yalnız iki "Galaxy M" smartfonundan gedir. Bunlar "Android 8.1.0 Oreo" əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək "Galaxy M10" və "Galaxy M20" modelləridir.

Bildirilir ki, "Galaxy M10" smartfonu "Exynos 7870" prosessoru, 3 giqabaytlıq operativ yaddaş, eləcə də 16 və ya 32 giqabayt tutumlu quraşdırılmış yaddaşla təchiz ediləcək.

"Galaxy M20" modeli isə "Exynos 7885" prosessoruna, 3 giqabaytlıq operativ və 32/64 giqabayt tutumlu quraşdırılmış yaddaşa malik olacaq.

Gələcəkdə qeyd olunan smartfonlara "Galaxy M30" modelinin də əlavə olunacağı gözlənilir. Lakin hələlik onun texniki xüsusiyyətləri barədə məlumat verilmir.  

"Galaxy M" smartfonlarının təqdimatı 2019-cu ilin yanvarına nəzərdə tutulur.  

Nizam Nuriyev






27/12/18    Çap et