Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Süni intellekt mətn kapçasına müdaxilə etməyi öyrənib


Yeni araşdırmaya görə, veb-saytların mühafizəsi üzrə ən populyar mexanizmlərdən biri olan mətn kapçasını qabaqcıl süni intellekt keçə bilər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “naukatv.ru” saytına istinadən yazır ki, bulanıq hərf, simvol və rəqəmlərdən ibarət olan mətn kapçası insanları istifadəçi qismində maskalanmış kompüter proqramlarından fərqləndirmək üçün istifadə edilir. Türinqin əks testinə əsasən, kompüterlə müqayisədə insanlar bulanıq simvolları daha yaxşı tanıyır. Lakin Çin və Böyük Britaniyadan olan alimlər tərəfindən hazırlanmış və kompüter təliminə əsaslanan yeni alqoritm 0,05 saniyəyə mətn kapçalarının əksəriyyətini keçə bilər.
 
Tərtibatçıların məlumatına görə, yeni proqram 50 populyar veb-saytda, o cümlədən “Google”, “Wikipedia”, “Microsoft”, “Baidu”, “Alibaba” və “Tencent”də istifadə edilən kapça sxemləri üzərində sınaqdan keçirilib. 0,05 saniyə ərzində kapçalara müdaxilə göstəricisi 50%-i ötüb. Bəzi daha mürəkkəb testlərə müdaxilə göstəricisi 3% təşkil edib. Araşdırmaya əsasən, kapça sxemlərinə asanlıqla müdaxilə etmək mümkündür. Bu onu göstərir ki, əksər veb-saytların təhlükəsizliyi problem altındadır. Tədqiqatçılar veb-saytların sahiblərinə alternativ çoxsəviyyəli təhlükəsizlik mexanizmlərindən istifadə etməyi tövsiyə edirlər.
 
Emil Hüseynov






27/12/18    Çap et