Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ən təhlükəli smartfonların reytinqi tərtib edilib


ABŞ-ın Rabitə Federal Agentliyinin analitikləri dünyada ən təhlükəli smartfonların reytinqini tərtib ediblər. Bu zaman cihazların insana zərərli təsirinin miqdarını göstərən SAR (specific absorption rate) şüalanma dərəcəsinə xüsusi önəm verilib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, “Google Pixel 3 XL” ən təhlükəli smartfon elan edilib. Məlum olub ki, bu modeldə şüalanma göstəricisi 1,52 Vatt/kq, bədən və baş nahiyəsi üçün isə 1,35 Vatt/kq təşkil edir.
 
“Google” şirkətinin istehsalı olan “Pixel 3” smartfonu isə ikinci yerdə qərarlaşıb. Bu modelin göstəricisi 1,34 Vatt/kq-dır. Təhlükəli cihazların ilk beşliyində, həmçinin “One Plus”, “LG V40”, “iPhone XS Max” və “XS” smartfonları yerləşiblər.
 
Emil Hüseynov






03/01/19    Çap et