ABŞ-da dinamik CVV koda malik bank kartları sınaqdan keçirilir
ABŞ-ın “PNC” bankı tərəfindən keçirilən sınaq çərçivəsində iştirakçılara təhlükəsizlik kodu elektron mürəkkəb texnologiyası sayəsində dəyişə bilən kart təqdim ediləcək.
“ICTnews” Elektron Xəbər Xidməti “
hightech.plus” saytına istinadən yazır ki, “Visa” bu proqramın partnyorudur. Dinamik dəyişən kod əlavə təhlükəsizlik tədbiri adlandırılıb. Kartın bütün məlumatlarına müdaxilə etmiş haker çox tezliklə ondan (kartdan) istifadə edə bilməyəcək, çünki xüsusi alqoritm yeni CVV kodu generasiya edəcək. Bu kodu internetdə hər bir alış-veriş vaxtı qeyd etmək lazımdır.
Pilot layihəsinə noyabrda start verilib. Kartlar kiçik və orta biznes sahələri üzrə fəaliyyət göstərən təsadüfi nümayəndələrə göndərilib. Pilot 3 rəqəmli kodun dəyişdirilmə tezliyi ilə bağlı suala cavab verməlidir.
“Visa”nın rəsmisi əmin edir ki, kod hər saat dəyişdirilsə belə kart təxminən 4 il işləyəcək.
Çipə malik standart kartın qiyməti 2-4 dollar təşkil edir, belə kartın istehsalına isə 15 dollar ödəmək lazım olacaq.
Emil Hüseynov