Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2019-cu ilin 5 ən mühüm elektronika trendi bəlli olub
“MIT Technology Review” nəşrinin ekspertləri 2019-ci ilin 5 ən mühüm elektronika trendini dərc ediblər.
Bükülən ekranlar
2013-cü ildən bükülən displeylər üzərində iş aparılsa da, yalnız indi sözügedən texnologiya reallığa çevrilib: “Huawei” və “Samsung” şirkətləri cari ildə öz elastik qurğularını təqdim etməyə söz veriblər.
“5G”
Artıq dünyanın bəzi yerlərində “5G” texnologiyası ilə işləyən simsiz şəbəkələr mövcuddur. Amma beşinci nəsil protokolu üzrə belə ilk qoşulmalar simsiz routerlə işləyir. “5G” rabitə şəbəkəsinə uyğun ilk smartfonlar yalnız cari ildə əlçatan olacaqlar.
ABŞ-da “Verizon” operatoru “Motorola”, “AT&T” operatoru isə “Samsung” telefonlarını dəstəkləyəcək. Çinin “Huawei”, “OnePlus” və “Xiaomi” istehsalçıları və Yaponiyanın “Sony” şirkəti, həmçinin öz smartfonlarında “5G” texnologiyasını tətbiq etməyi planlaşdırırlar. Yenilənmiş qurğularda məlumatlar yüksək sürətlə ötürüləcək və yüksək təsvir ölçülü videoları izləyərkən siqnal ləngiməsi olmayacaq.
Simsiz enerjidoldurma
2017-ci ildə “Dell” şirkəti “WiTricity” startapı ilə birgə noutbukları simsiz enerji ilə doldurmaq ideyasını yoxlayıb, amma bu halda noutbukun qiyməti 1750 dollaradək yüksəlib. 2019-cu ildə yeni simsiz enerjidoldurma qurğuları (məsələn, “Energysquare”) sayəsində bu texnologiyadan istifadə etmək daha ucuz və daha asan başa gələcək.
“Ağıllı” qulaqlıqlar
2018-ci ildə səsli köməkçilər bir çox yerlərdə tətbiq edilib. 2019-cu ildə isə onlar qulaqlıqlarda istifadə ediləcək.
8K TV
2019-cu ildə şirkətlər tərəfindən təqdim ediləcək 8K təsvir ölçülü televizorlarda daha çox detallar əks olunacaq.
“Samsung” artıq 8K təsvir ölçülü televizorunu 15 min dollar qiymətinə satışa çıxarıb. Lakin hələ ki belə televizorlar yalnız qiymətə görə deyil, həm də kifayət qədər məzmun olmadığına görə populyar deyillər.
Gözləntilərə görə, “LG” və “Sony” şirkətləri cari ilin yanvarında Ümumdünya Elektronika sərgisində (CES) öz həllərini təqdim edəcəklər. Qeyd edək ki, ilk dəfə Yaponiyada 8K təsvir ölçüsündə ilk televiziya kanalı yayımlanmağa başlayıb.
Emil Hüseynov
04/01/19 Çap et