Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Huawei” ucuz smartfonunu təqdim edib


“Huawei” şirkəti “Y7 Pro” (2019) adlı başlanğıc səviyyəli smartfonunu təqdim edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, yeni smartfon görünüşünə görə istehsalçının başqa modellərinə və mobil bazarın cari trendlərinə uyğundur: nazik çərçivələr, şaquli yerləşdirilmiş sensorlardan ibarət ikiqat əsas kamera. HD+ təsvir ölçüsünə malik ekranın diaqonalı 6,26 düym təşkil edir, tərəflər nisbəti 19:9-dur. Displey LCD texnologiyası üzrə hazırlanıb.
 
Smartfon “Snapdragon 450” prosessoru ilə təchiz edilib, əməli yaddaşın tutumu 3, daxili yaddaş isə 32 QB təşkil edir, “microSD” yaddaş kartı dəstəklənir, akkumulyatorun tutumu 4000 milliamper/saatdır. Əsas kameranın təsvir ölçüsü 13+2 meqapiksel, “selfi” kameranın təsvir ölçüsü isə 16 meqapiksel təşkil edir. “Y7 Pro” smartfonu “EMUI 8.2” interfeysli “Android 8 Oreo” sisteminin idarəetməsi altında işləyir.
 
Emil Hüseynov





05/01/19    Çap et