Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Süni intellekt robotlara hərəkət etməyi öyrədir
Kaliforniya universitetinin mühəndisləri tərəfindən hazırlanmış alqoritm robotlara hərəkət etməyi öyrədir və bu prosesdə insanın iştirakı tələb olunmur.
“ICTnews” Elektron Xəbər Xidməti “itc.ua” saytına istinadən yazır ki, tədqiqat zamanı avtonom sistem “Minitaur” adlı dördayaqlı robota həm ona tanış, həm də tanış olmayan ərazilərdə hərəkət etməyi öyrədib. Bu halda hərəkətin effektivlik göstəricisi üzrə təlim metodu ənənəvi həllərdən heç də geri qalmayıb, bəzən onları üstələyib.
"Bizim texnologiyamız istənilən konfiqurasiyalı konkret robot və müəyyən landşaft üçün mükəmməl adaptasiya edilmiş hərəkət sxemlərinin yaradılmasını təmin edir" – mühəndislər bildiriblər.