”Windows” sisteminin ləng işləməsinin əsas səbəbləri məlum olub
“Windows” əməliyyat sisteminin daha ləng işləməsinin əsas səbəblərindən biri istifadəçilərin faylları işçi masada saxlamaq vərdişidir.
“ICTnews” Elektron Xəbər Xidməti “
iz.ru” saytına istinadən yazır ki, işçi masada yalnız proqramların ikonkasını saxlamaq yaxşıdır. Əks halda C sistem diskində yer azalır və sistem ləng işləməyə başlayır.
Sistemin ləng işləməsinə daha bir səbəb müvəqqəti fayllar və çoxlu proqramların avtomatik yüklənməsi ola bilər. Həmçinin soyutma sisteminin çirklənməsi buna səbəb ola bilər. Sonuncu halda kompüterin toz və çirkdən təmizlənməsi və termopastanın əvəzlənməsi kömək edə bilər.
Emil Hüseynov