Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iPhone 2019” smartfonlarında tətbiq ediləcək yeniliklər məlum olub


ABŞ-ın “Apple” şirkəti “iPhone 2019” smartfonlarını ekrana qurulmuş barmaq izi sensoru və sürətli enerjidoldurma imkanına malik “USB-C” portu ilə təchiz etməyə qərar verib. “Atherton Research” şirkətinin analitiki Cin Baptist belə deyib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, onun sözlərinə görə, həmçinin çərçivəsiz dizayna malik ekranda çıxıntının ölçüsü kiçildilib.
 
Məlumata görə, yeni “iPhone” smartfonlarının qiyməti əvvəlki kimi 1000 dolları ötəcək, halbuki “Android” əməliyyat sisteminin idarəetməsi altında işləyən bir sıra cihazlar öz funksionallığına görə “iPhone” smartfonlarını üstələyir.
 
Emil Hüseynov






07/01/19    Çap et