Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“5G” şəbəkəsini dəstəkləyən “Samsung” smartfonları yayda buraxılacaq


Beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən “Samsung” smartfonları bu ilin yayında ABŞ-da satışa çıxarılacaq. Bu barədə “Reuters” agentliyi yerli “Sprint” mobil operatoruna istinadən məlumat verib. Həmçinin Cənubi Koreyanın smartfon istehsalçısı “Verizon” və “AT&T” mobil rabitə operatorları ilə sazişlər imzalayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, məlumata görə, şirkətin “Galaxy S10” seriyasına aid olacaq “5G” smartfonları 6,7 düym diaqonallı ekran, dörd əsas kamera, iki ön kamera və “Snapdragon 855” prosessoru ilə təchiz ediləcək.

“Galaxy S10” seriyasına aid smartfonların isə fevralın sonunda “MWC” sərgisində və ya ayrıca tədbirdə təqdim ediləcəyi gözlənilir. İstehsal xəttinə “Galaxy S10 Lite”, “Galaxy S10” və ya “Galaxy S10 Edge”, eləcə də “Galaxy S10+” smartfon modelləri daxil olacaq.

“5G” mövcud “4G” şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan “4G” şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı “5G” şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.

Nizam Nuriyev






08/01/19    Çap et