Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“CES 2019” sərgisində elastik klaviatura nümayiş etdirilib


“CES 2019” beynəlxalq elektronika sərgisində “LG” şirkətinin elastik televizorundan başqa, elastik ekranlardan istifadə üzrə başqa variantlar da təqdim edilib. Məsələn, bükülən ekranla təchiz edilmiş cihazların istehsalı üzrə ixtisaslaşmış Çinin “Royole” startapı açılıb-yığılan klaviatura təqdim edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, kiçikölçülü metal borunun içərisindən açılan elastik klaviatura üzərində hərflər olan şəffaf plyonka formasındadır. Bu cihazı “Bluetooth” texnologiyası üzrə smartfon, planşet və ya kompüterə qoşaraq mətn çap etmək  mümkündür. Daxili akkumulyator bir neçə aylıq avtonom işləmək üçün kifayət edir. Çap etdikdən sonra korpusdakı xüsusi düymənin üzərinə 2 dəfə sıxmaq kifayətdir ki, klaviatura öz-özünə metal borunun içərisinə yığılsın.
 
Emil Hüseynov






09/01/19    Çap et