Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“LG” hermetik korpusa malik smartfonunu təqdim edib


“LG Electronics” şirkəti çox möhkəm hermetik korpusla təchiz edilmiş “Q9” smartfonunu təqdim edib. Aparat “IP68” və “MIL-STD 810G” standartları üzrə sertifikatlaşdırılıb və bu, o deməkdir ki, aparat zərbəyə, bərk səthli yerə düşməyə, su və toza qarşı davamlıdır.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, aparat 3120x1440 təsvir ölçülü və 19,5:9 tərəflər nisbətinə malik 6,1 düymlük ekranla təchiz edilib.
 
Smartfon 4 nüvəli “Qualcomm Snapdragon 821” prosessoru, “Adreno 530” qrafik bloku, 4 QB-lıq əməli yaddaş və 64 QB-lıq daxili yaddaşa malikdir. Tutumu 2 TB-dək olan “microSD” daşıyıcısının qoşulması mümkündür.
 
Əsas kamera 16 meqapiksel, ön kamera isə 8 meqapiksel təsvir ölçüsünə malikdir və genişbucaqlıdır. Həmçinin “Wi-Fi 802.11ac” (2,4 və 5 QHs) və “Bluetooth 5.0 LE” simsiz rabitə modulları, barmaq izləri skaneri, “GPS” qəbuledicisi, “NFC” modulu, FM tüner və “USB Type-C” portu var.
 
Telefon sürətli enerjidoldurma texnologiyasını dəstəkləyən 3000 milliamper/saat tutumlu akkumulyator batareyası ilə təchiz edilib və “LG UX” istifadəçi interfeysli “Android 8.1 Oreo” əməliyyat sisteminin idarəetməsi altında işləyir. 7,9 mm-lik qalınlığında olan aparatın çəkisi 159 qramdır.
 
“LG Q9” smartfonu 11 yanvar 2019-cu il tarixində Cənubi Koreyada satışa çıxarılacaq və qiyməti təxminən 444 ABŞ dolları təşkil edəcək.
 
Emil Hüseynov






09/01/19    Çap et