Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Biznes-istifadəçilər üçün “Windows” planşeti


“Hewlett-Packard” şirkəti bu gün 8,9 düymlü ekranla təchiz edilmiş yeni biznes-klass planşetini təqdim edib. Planşet kompyuter “Slate 2” adlandırılıb.

Qurğunun əsasını tərkibinə “Atom Z670” prosessoru daxil olan “İntel Oak Trail” platforması təşkil edir. Çip 1 nüvəyə, inteqrasiya edilmiş qrafik kontrollerə malikdir və 1,5 QHz takt tezliyində işləyir.

Tutumlu texnologiya üzrə hazırlanan ekranın kəskinliyi 1024×600 nöqtəyə bərabərdir; barmaqlar və elektron qələm vasitəsi ilə idarəetmə dəstəklənir. Planşet 2 kamera ilə təchiz olunub.

“Slate 2” 64 QB-a qədər tutuma malik fləş daşıyıcı, “Wi-Fi”, “Bluetooth”, “3G” və “TPM” (Trusted Platform Module) modullarına malikdir. Bundan başqa, “SD” slot, “SRS Premium Sound” audiosistemi, 2 “USB 2.0” portu və “HDMİ” interfeysinin olacağı bildirilib .

Akkumulyator batareyası 6 saata qədər avtonom iş təmin edir. Planşetə “Windows 7” əməliyyat sistemi quraşdırılır. 700 dollar civarında qiyməti olan planşetin satışları noyabr ayında başlanılacaq.




03/11/11    Çap et