Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Böyük Britaniya hökumətlərin hakerləri dəstəklədiyini bəyan edib


Böyük Britaniyanın xarici işlər naziri Uilyam Xeyq müasir internet sahəyə həsr edilmiş London konfransında çıxış edərək "dövlət hakerliyinin" miqyaslarının əhəmiyyətli dərəcədə artması haqqında məlumat verib. O, həmçinin bildirib ki, belə siyasəti təcrübədən keçirən ölkələr çox təhlükəli oyun oynayırlar.

Xeyq öz məruzəsində konkret ölkələri sadalamayıb və hansısa ölkəni birbaşa ittiham etməyib. Lakin Britaniyanın hökumət məsləhətçisi Polin Nevil-Cons bildirib ki, Rusiya və Çin, şübhəsiz, bu siyahıya daxildirlər.

"Biz hal-hazırda digər ölkələrlə bu sahədə əməkdaşlıq haqqında aktiv danışıqlar aparırıq və gələcəkdə də aparacağıq" – o, jurnalistlərlə görüşdə bildirib.




03/11/11    Çap et