Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” geyim istehsalı ilə məşğul olacaq


“Apple” şirkəti gələcəkdə “iPhone” smartfonu ilə sinxronlaşdırılan “ağıllı” geyim istehsalına başlaya bilər. İnternetdə müvafiq patent dərc edilib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, patent ərizəsinə əsasən, şirkət ABŞ-da xüsusi parça qeydiyyatdan keçirib. Elektrod və naqillər ilə təchiz edilmiş xüsusi material məlumat toplamaq qabiliyyətinə malikdir. Məsələn, sözügedən parça insanın nəbzini, təzyiqini, temperaturunu, sağlamlıq vəziyyətini izləyə bilər.
 
Toplanılmış bütün informasiya smartfona göndəriləcək. Gözləntilərə görə, belə geyim yalnız həyati əhəmiyyətli orqanların fəaliyyətinə nəzarət etməyəcək, həm də istifadəçi ilə “Apple”ın məhsulları arasında qarşılıqlı əlaqəni yaxşılaşdıracaq. Məsələn, xüsusi parça səsləri səsləndirə bilər ki, nəticədə belə geyimin köməyi ilə qulaqlıq istifadə etmədən musiqi dinləmək mümkün olacaq.
 
Emil Hüseynov






14/01/19    Çap et