Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
RİTN- nə daxil olan müraciətlərin hamsı müsbət həll olunub
2011-ci ilin 9 ayı ərzində Rabitə və İnformasiya Texnologiyları Nazirliyinin Mərkəzi Aparatında, rabitə birlik və müəssisələrində vətəndaşların qəbul olunması, RİTN-ə daxil olan ərizə, şikayət və digər müraciətlərin diqqətlə araşdırılması, xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində müəyyən işlər görülüb.
Hesabat dövründə vətəndaşlardan birbaşa RİTN-nə daxil olan müraciətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 331 ədəd artaraq 1758 ədəd təşkil edib.
Hesabat dövrü ərzində daxil olan 1758 müraciətdən 204-ü işlə təmin olunma, 166-sı telefon çəkilişi, 177-si telefonun işləməməsi, 129-sı maddi yardım verilməsi və s. məsələlərlə əlaqədar olub.
Hesabat dövrü ərzində vətəndaşların müraciətlərinin daha da operativ həll olunması məqsədilə yaradılmış «qaynar xətt»ə daxil olmuş 891 müraciətdən hamısı müsbət həll olunub.
04/11/11 Çap et