“Samsung” şirkəti Yaponiya aeroportunda “5G” şəbəkəsində 4K formatında videorabitə nümayiş etdirib
“Samsung Electronics” şirkəti və Yaponiyanın “KDDI” operatoru Yaponiyanın paytaxtı Tokio şəhərində yerləşən dəmiryolu platformasında “5G” şəbəkəsində real vaxt rejimində izləmə kameralarından 4K (UHD) təsvir ölçülü videonun ötürülməsi texnologiyasını nümayiş etdiriblər.
“ICTnews” Elektron Xəbər Xidməti “
ferra.ru” saytına istinadən yazır ki, “Samsung” şirkəti Vaseda Universiteti, “Keihin” korporasiyası və Beynəlxalq Perspektivli Telekommunikasiyalar İnstitutu ilə birgə 28 QHs tezliyində işləyən “5G” baza stansiyasından istifadəyə əsaslanan 4K (UHD) təsvir ölçülü video vasitəsi ilə effektiv rabitə texnologiyasını nümayiş etdirib.
Sınaqlar 2018-ci ilin 21 noyabrından 21 dekabrınadək Hneda aeroportunun beynəlxalq terminalında aparılıb.
Sistemin yoxlanması zamanı həm 4K təsvir ölçülü kameralar, həm də stansiyada patrul çəkən robotların köməyi ilə əldə edilmiş videofayllar “5G” rabitəsindən istifadə edən planşetlərin köməyi ilə göndərilib. Bundan sonra baza stansiyası tərəfindən qəbul edilmiş bu fayllar təhlükəsizlik xidmətinin kabinetindəki displey və virtual reallıq eynəyində göstərilib.
Emil Hüseynov