Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dünyanın ən böyük sosial şəbəkələrindən biri zərərə məruz qalıb
“LinkedIn” sosial şəbəkəsi bu gün üçüncü rübün nəticələrinə əsasən, 1,6 milyon dollar ölçüsündə zərərə məruz qaldığını bildirib. Şirkətin tədqiqat və istehsal xərclərinin əhəmiyyətli dərəcədə artması buna səbəb olub.
Şirkətin mədaxili 2 dəfədən çox artıb və 139,5 milyon dollar təşkil edib. Bu göstərici analitiklərin proqnozlarından (127,4 milyon dollar) yuxarı olub. Qeyd edək ki, “LinkedIn” cari ilin may ayında açıq maliyyə bazarına çıxıb.
Şirkətin əməliyyat xərcləri, həmçinin 2 dəfədən çox artıb və hesabat dövründə 134,9 milyon dollar təşkil edib. “LinkedIn” üçüncü rübdə Tokioda ofis açıb, həmçinin “İndexTank” şirkətini alıb.
Peşəkar sosial şəbəkə istifadəçilərinin bazası 63% artaraq 31,2 milyon insan təşkil edib. Əlavə pullu xidmətlərdən əldə olunan gəlir 71 milyon dollar təşkil edib, şirkət marketinq xidmətlərinin satışından 40 milyon dollar əldə edib.
04/11/11 Çap et