“WhatsApp” ən populyar mobil əlavə seçilib
“WhatsApp” messenceri “Facebook” şirkətinə məxsus ən populyar mobil proqramdır. Bu barədə “App Annie” analitik şirkətinin məlumatında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “
DailyComm” resursuna istinadən yazır ki, ekspertlərin qiymətləndirməsinə görə, “iOS” və “Android” əməliyyat sistemləri üçün “WhatsApp” əlavəsi 2018-ci ilin sentyabrından aktiv istifadəçilərin sayına görə “Facebook” mobil əlavəsini üstələməyə başlayıb və indiyədək lider olaraq qalır. “App Annie” konkret göstəricilər qeyd etmir.
2018-ci ilin üçüncü rübünün maliyyə yekunları barədə danışan “Facebook” şirkətinin baş direktoru Mark Sukerberq bildirib ki, o zaman hər ay 2,6 milyarddan çox insan “Facebook”, “WhatsApp”, “Instagram” və ya “Messenger”dən istifadə edib. Bir rüb əvvəl isə bu göstərici 2,5 milyarda bərabər olub. Onun sözlərinə görə, dünyada “Facebook” servisləri ilə gündəlik əsasda təxminən 2 milyard nəfər istifadə edib.
“Facebook” əlavəsi 2018-ci ilin yekunları üzrə qlobal miqyasda ən çox tələb edilən olub. Lakin bir sıra ölkələrdə, o cümlədən Hindistan, İndoneziya, Böyük Britaniya, Türkiyə, İsveçrə, İspaniya, Sinqapur, Rusiya, Niderland, Meksika, Malayziya, Honkonq, Almaniya, Finlandiya və Braziliyada birinciliyə “WhatsApp” sahib çıxıb. Maraqlıdır ki, ABŞ-da “Facebook” və “Messenger” proqramları birinci yeri tutub, “WhatsApp” isə hətta ilk onluğa daxil ola bilməyib.
“SensorTower” tədqiqat şirkəti də “WhatsApp”ın bütün “Facebook” əlavələri arasında liderliyini təsdiq edir.
Nizam Nuriyev