Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni “Sharp Dynabook G” noutbuku təqdim olunub


Yaponiyanın “Sharp” şirkəti yeni “Dynabook G” noutbukunu təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “CHIP” resursuna istinadən yazır ki, korpusu ABŞ-ın “MIL-STD-810G” hərbi standartına uyğun olan qurğunun çəkisi versiyanın komplektləşdirilməsindən asılı olaraq 780-859 qram təşkil edir. Noutbuk 13,3 düym diaqonallı və “Full HD” (1920х1080 piksel) təsvir ölçülü “IGZO” ekranı ilə təchiz olunub. Seriyanın tərkibinə dörd model (G5, G6, G7 və G8) daxildir.

Məlumata görə, versiyadan asılı olaraq “Core i3”, “i5” və ya “i7” prosessorlarından istifadə edilib. Operativ yaddaş 4-8 giqabayt, quraşdırılmış yaddaş isə 128-512 giqabayt təşkil edir.

Qabarit və çəkinin az olmasına baxmayaraq “Dynabook G” noutbuku tamölçülü “HDMI” portları və “RJ-45” şəbəkə çıxışı ilə təchiz edilib.

Qiyməti 1285-1825 dollar arasında dəyişən “Dynabook G” noutbukunun avtonom iş vaxtı təxminən 19 saata bərabərdir.

Nizam Nuriyev






18/01/19    Çap et