Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bütün yaşayış məntəqələrinin optik kabellərlə təmin edilməsi davam etdirilir


“Aztelekom” İB bütün yaşayış məntəqələrinin optik kabellərlə təmin edilməsi istiqamətində layihəni davam etdirir. Birlikdən verilən məlumata görə, bu məqsədlə həyata keçirilən işlər nəticəsində Ağsu, Bərdə, Quba, Qusar , Şabran, Zaqatala, Zərdab, Kürdəmir, Lerik, Salyan, Tovuz, Tərtər, Xaçmaz, Göyçay, Gədəbəy və Ağdam rayonlarında 23 kənd elektron ATS-in mərkəzi ATS-lərlə rəqəmsal bağlantısının təşkili məqsədilə fiber optik kabellər çəkilib.

Artıq birlik tərəfindən Şəmkir-Gədəbəy və Masallı-Yardımlı fiber optik kabel magistrallarının tikintisi də davam etdirilir. Qeyd edək ki, bu il ərzində “Aztelekom”İB tərəfindən 345 kilometr optik kabel xətti çəkilib ki, bu da yaşayış məntəqələrinin yüksək keyfiyyətli telefon və internet xidmətləri ilə təmin edilməsidir.




04/11/11    Çap et