“Google Chrome” brauzerində ödəniş məlumatlarını oğurlayan genişlənmə aşkar edilib
"ElevenPaths" şirkətinin kibertəhlükəsizlik sahəsi üzrə mütəxəssisləri "Google Chrome" brauzeri üçün təhlükəli genişlənmə aşkar ediblər. Bu genişlənmə bank kartlarının məlumatlarını oğurlayaraq onları hakerlərə göndərir.
"ICTnews" Elektron Xəbər Xidməti "
life.ru" saytına istinadən yazır ki, "Flash Reader" genişlənməsi istifadəçinin kompüterinə quraşdırılandan sonra brauzerə müdaxilə edərək bank kartlarının məlumatlarını ələ keçirir. Sözügedən proqram 2018-ci ilin əvvəlindən "Google"un genişlənmələr mağazasında yerləşdirilib, lakin uzun müddət diqqətdən kənarda qalıb.
Ekspertlərin araşdırmasına görə, istifadəçinin şəxsi məlumatlarını yükləyən virus sonra onları hakerlərin serverinə göndərib.
Emil Hüseynov