Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google Play”dən bank kartlarının məlumatlarını oğurlayan tətbiqlərin adı məlum olub


“Google Play”dən bank kartlarının məlumatlarını oğurlayan mobil proqramların adı məlum olub. Bu haqda “Trend Micro” məlumat verib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, həmin proqramlar “Currency Converter” və “BatterySaverMobi” adlı mobil tətbiqlərdir. “Google”dan verilmiş məlumata görə, həmin proqramlar artıq rəqəmli mağazadan silinib. İkinci mobil proqram 5 min dəfə quraşdırılıb.
 
Ekspertlər mobil tətbiqlərin proqram kodunu araşdırdıqdan sonra məlum olub ki, sözügedən proqramlarda “Anubis” virusundan istifadə edilib. Həmin virus hakerlərin ekrana müdaxilə etməsinə imkan verir.
 
Emil Hüseynov






21/01/19    Çap et