Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Amerika da Çin və Rusiyanı kibercasusluqda ittiham edib
Çin və Rusiya öz iqtisadi inkişaflarını yaxşılaşdırmaq üçün Amerikanın ticarət və texnologiya sirlərinin oğurluğu üçün kiber casusluqdan istifadə edirlər. Belə vəziyyət ABŞ-ın təhlükəsizliyi üçün problem yaradır. Bu barədə ABŞ Konqresinin "Foreign Spies Stealing US Economic Secrets in Cyberspace" hesabatında deyilib.
Hesabatda bildirilib ki, xarici kibercasuslar xeyli miqdarda informasiya toplaya bilərlər. Belə hücumları aşkar etmək isə kifayət qədər çətindir.
Məruzəni hazırlamış Milli əks-kəşfiyyat idarəsinin İcraiyyə komitəsi bildirib ki, məruzədə qeyd edilmiş hadisələr 2009-2011-ci illəri əhatə edir və kəşfiyyat idarələrindən, özəl sektordan və elmi müəssisələrdən alınmış məlumatlara əsaslanırlar.
Məruzədə bildirilib ki, xarici kəşfiyyat xidmətləri, korporasiyalar və xüsusi şəxslər hazırlanması milyonlarla dollara başa gəlmiş Amerika texnologiyalarının oğurluğuna yönəlmiş səylərini əhəmiyyətli dərəcədə intensivləşdiriblər.
Bütün belə hücumlar uzaq məsafədən həyata keçirilir, hücum edənlər informasiyaya öz kompyuterlərindən giriş əldə edərək onu ən müxtəlif qurğulara yükləyirlər.
Hesabatda qeyd edilib ki, hökumət orqanlarına və korporativ müəssisələrə hücum edən hakerləri son illər ərzində ən çox qabaqcıl tədqiqatlar və istehsal maraqlandırır.
Sənəd müəllifləri bildiriblər ki, Amerika idarələri onlarla ölkələrin kəşfiyyat xidmətlərinin, şəxsi şirkətlərinin, təhsil müəssisələrinin və vətəndaşların hədəfinə tuş gəlirlər, lakin Amerika analitikləri açıq şəkildə yalnız Çin və Rusiyanın adını çəkiblər. Eyni zamanda, Çin iqtisadi, ticarət və texnologiya casusluğu dünyasında "ən aktiv və inadlı" ölkə adlandırılıb.
04/11/11 Çap et