Qan damarlarında hərəkət edən nanorobot yaradılıb
İsveçrə mühəndisləri insanın qan damarları vasitəsilə hərəkət edən nanorobot icad ediblər. Qurğu şəraitdən asılı olaraq hərəkət istiqamətini, forma və ölçüsünü dəyişə bilir. Mütəxəssislərin vəzifəsi kapillyarlara yerləşən robotun yaradılmasından ibarət olub.
“ICTnews” Elektron Xəbər Xidməti “
Planet Today” resursuna istinadən yazır ki, alimlər qrupunun rəhbəri Salman Sakarın sözlərinə görə, mütəxəssislər tərəfindən Yaponiyanın kiriqami prinsipləri – qayçı ilə kağız fiqurların hazırlanması sənəti tətbiq edilib. Bu prinsiplər sayəsində nanorobot ən dar qan damarlarında hərəkət üçün elastikliyə malik olub.
Məlumata görə, robot polimer sxemlə doldurulmuş xüsusi proqram təminatı ilə təchiz edilib. Sensor və ötürücülər əvəzinə, mütəxəssislər tərəfindən maqnit nanohissəciklər effekti və onların elektrik sahələrinin dəyişməsinə reaksiyası istifadə edilib.
Nanorobot bütün lazımi sınaqlardan keçib və tezliklə onun konstruksiyasının təkmilləşdiriləcəyi gözlənilir. İxtiranın digər üstünlüyü isə onun qiymətinin ucuz olmasındadır. Bu, ondan daha geniş əhali kütləsinin yararlanmasına imkan verəcək.
Nizam Nuriyev