“Facebook” ucqar rayonlarda internetin təmin edilməsi üçün pilotsuz təyyarələrin sınaqlarını bərpa edib
“Facebook” planetin ucqar rayonlarında interneti təmin etmək üçün günəş batareyası ilə işləyən pilotsuz uçan aparatlar üzərində sınaqları bərpa edib. İndi “Airbus” şirkəti də bu layihəyə dəstək verir və dronların sınaqları Avstraliyada həyata keçirilir.
“NetzPolitik” nəşrinin məlumatına görə, “Facebook” və “Airbus” ötən il ərzində sistemi təkmilləşdiriblər və yeni “Zefir T” uçan aparatlarının ilk sınaqları ötən ilin noyabr və dekabr aylarında reallaşdırılıb.
“ICTnews” Elektron Xəbər Xidməti “
hightech.fm” saytına istinadən yazır ki, “Facebook”un nümayəndəsi şirkətin ucqar rayonlarda interneti təmin etmək üçün öz partnyorları ilə birgə sistem hazırladığını təsdiq edib, ancaq ətraflı məlumat verməkdən imtina edib.
Xatırladaq ki, müəyyən müddət əvvəl “Facebook” günəş batareyaları ilə işləyən kiçik pilotsuz təyyarələrin hazırlanmasını nəzərdə tutan “Aquila” layihəsinin fəaliyyətinə xitam verib.
Emil Hüseynov