Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Android” sisteminin idarəetməsi altında işləyən ən yüksək məhsuldarlıqlı smartfon məlum olub


“Lenovo Z5 Pro GT” cihazı “Android” sisteminin idarəetməsi altında işləyən ən yüksək məhsuldarlıqlı smartfon  məlum olub. “Gizmochina” portalı yazır ki, sözügedən smartfon “AnTuTu” məhsuldarlıq sistemində 371273 bal toplayıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, ekspertlər bildiriblər ki, Çin istehsalçısının smartfonu “Snapdragon 855” prosessoru və 12 QB-lıq əməli yaddaşa malik ilk qurğudur.
 
Ekspertlər ötən ilin noyabrında “Android” sisteminin idarəetməsi altında işləyən ən güclü smartfonların adını açıqlamışdılar. Çin istehsalçısının “Huawei Mate 20” smartfonu ilk pillənin sahibi olmuşdu.
 
Emil Hüseynov






23/01/19    Çap et