Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iPhone” smartfonu əsasında noutbuk yaradılacaq


“Apple” şirkəti “iPhone” smartfon modeli əsasında noutbukun yaradılması üsulunu təsvir edən yeni patent hüququ alıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Ferra” resursuna istinadən yazır ki, noutbuk form-faktorlu hibrid qurğu klaviatura və ekranla təchiz edilib. Prosessor hesablama bloku və yaddaşa malik olmayan yeni qurğuda bu qisimdə sensor panelin yerinə quraşdırılan və onun rolunu yerinə yetirən smartfon çıxış edir.

Qabaqcıl smartfonların noutbuklarla müqayisə edildiyi dünyada belə həll tamamilə əsaslı görünür.

Nizam Nuriyev






23/01/19    Çap et