“Xiaomi” şirkətinin prezidenti ilk bükülən smartfon nümayiş etdirib
Çinin “Xiaomi” şirkətinin prezidenti Lin Bin yanvarın 23-də “Weibo” sosial şəbəkəsindəki səhifəsində bükülən smartfondan istifadəni göstərən video dərc edib.
“ICTnews” Elektron Xəbər Xidməti “
iz.ru” saytına istinadən yazır ki, onun sözlərinə görə, şirkət artıq elastik bükülən ekran, elastik korpusla bağlı əsas texniki problemləri həll edib.
Qurğu 3 seqmentdən ibarətdir və tam açılmış vəziyyətdə planşeti xatırladır, amma iş zamanı kənar tərəflərini bükərək qurğunu smartfona çevirmək mümkündür.
Yenilik hələ ki prototip şəklindədir. Şirkət potensial alıcıların reaksiyasını gözləyir.
Həmçinin “Apple”, “Samsung” və “Huawei” şirkətləri bükülən smartfonların yaradılması üzərində işləyirlər. Kifayət qədər möhkəm və uzunmüddətli ekranın düzəldilməsi belə smartfonların istehsalında əsas problem hesab edilir.
Emil Hüseynov