“Samsung” noutbuklar üçün “OLED” ekran hazırlayıb
"Samsung Display" şirkəti noutbuklar üçün nəzərdə tutulan "4K UHD" təsvir ölçülü 15,6 düym diaqonallı dünyada ilk "OLED" ekran hazırlayıb.
"ICTnews" Elektron Xəbər Xidməti "
Ferra" resursuna istinadən yazır ki, belə "OLED" panellərin kütləvi istehsalına fevralın ortalarında başlamaq planlaşdırılır. Yeni displeylə ilkin olaraq aparıcı istehsalçıların bahalı noutbukları təchiz ediləcək.
Məlumata görə, ekranın təsvir ölçüsü 3840 х 2160 piksel, parlaqlığı 600 kandel kvadratmetr (kd/m2), dinamik kontrastlığı isə 120 000:1 təşkil edir. Bundan başqa "HDR" texnologiyasının dəstəyi və "DCI-P3" rənginin 100 faizlik əhatəsi nəzərdə tutulub.
İstehsalçı nümayəndələrinin sözlərinə görə, yeni panel "LCD" ekranlarla müqayisədə qara rəngi 200 dəfə daha tünd və açıq ağ rəngi isə 2 dəfə çox təmin edir.
"OLED" panellər ənənəvi maye-kristal (LCD) ekranlarla müqayisədə bir sıra üstünlüklərə malikdir. Belə ki, üzvi işıq diodlar işığı müstəqil şəkildə şüalandırır və bununla onun işıqlandırılmasına ehtiyac qalmır. "OLED" displeylər çox nazik olması, çağırışa qısa vaxt kəsiyində cavab verməsi və istehsalının maya dəyərinin baha olması ilə xarakterizə olunur.
Nizam Nuriyev