Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Facebook” ən gəlirli sosial şəbəkədir
“Facebook” — bu, artıq yalnız ən böyük sosial şəbəkə deyil, analitiklərin son proqnozlarına əsasən, həmçinin ən gəlirli sosial şəbəkədir. Onlar iddia edirlər ki, bu layihə növbəti ildə sosial şəbəkələrdəki reklamdan 72% gəlir əldə edəcək. “eMarketer” analitik şirkətinin əməkdaşları artıq hesablayıblar ki, növbəti il ərzində “Facebook” reklamdan 5,7 milyard dollar gəlir əldə edəcək. Bəzi mütəxəssislər güman edirlər ki, “Facebook” ABŞ-da reklamdan əldə olunan gəlir səviyyəsinə görə birinci yeri tutaraq “Yahoo”ya çatacaq, hətta onu ötəcək.
04/11/11 Çap et