Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Smartfonda yığılan mətnə gizli baxmaq üçün proqram hazırlanıb (VİDEO)


Mesajı yazan smartfon sahibini 60 metr məsafədən izləmək olar. Çap edilən mətni yalnız onu dinləyərək deyil, həm də ona gizlicə baxaraq müəyyən etmək olar. Amerikalı mütəxəssis Yan-Maykl Frem və onun universitetdən olan kolleqaları tərəfindən yaradılmış “iSpy” proqramı “Android” və ya “iOS” əməliyyat sistemləri ilə işləyən smartfonlarda daxil edilən simvolların 90%-ni düzgün tanıyır.

Smartfonlarda daxil edilən simvolları istifadəçinin rahatlığı üçün böyüdən standart proqramlar isə belə potensial casus proqramlar üçün yaxşı köməkdir. Əgər adi mobil telefonun kamerasından istifadə edilsə, 3 metr məsafədən xəlvəti baxmaq olar. Proqrama “HD” keyfiyyəti əks etdirən güzgü ilə əvəz edilsə isə məsafə 60 metrə qədər artır. Proqram “ACM CSS 2011” kompyuter və telekommunikasiya təhlükəsizliyi konfransında təqdim edilib.






04/11/11    Çap et